Pandemiyadan sonra dünyadakı əksər muzeylər açılmaya bilər
Bizi izləyin

Art

Pandemiyadan sonra dünyadakı əksər muzeylər açılmaya bilər

YUNESKO və Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən aparılan araşdırmalar göstərib ki, COVID-19 pandemiyasından xüsusilə muzeylər təsirlənib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan təxminən 90% (və ya 85.000-dən çoxu) böhran dövründə müxtəlif vaxtlarda qapılarını bağlayıb. Dövlətlərdə muzeylərin yalnız 5%-i izləyicilərinə onlayn xidmət göstərib.

ICOM tərəfindən aparılan araşdırma göstərib ki, ziyarətçisiz qalan muzeylər gəlirlərinin azalması ilə xərclərini qarşılaya bilməyib. Bu, muzeylərlə əlaqəli peşələrə və fəaliyyətlərə ciddi təsir göstərə bilər. Odur ki, dünyadakı muzeylərin demək olar ki, 13%-i heç vaxt açılmaya bilər.

Qeyd edək ki, YUNESKO-ya görə, 2012-ci ildən bəri dünyada muzeylərin sayı demək olar ki, 60% artaraq 95 minə yaxınlaşıb. Bu artım son on ildə muzey sektorunun milli mədəni siyasətdə mühüm yer tutduğunu göstərir.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm