Art
“Adsız qəhrəman” sənədli filmi təqdim edildi
Nizami Kino Mərkəzində Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilov haqqında “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Media Şəbəkəsi” tərəfindən hazırlanmış film 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir.
Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu çıxış edərək film haqqında ümumi məlumat verib. Onun sözlərinə görə, M.Əbilovun döyüş yolu, qəhrəmanlığı haqqında onlarda məlumat olub, amma ötən il yeni məlumatlar əldə ediblər: “Bizdə itkin şəhidimiz Məzahir Əbilov haqqında məlumat var idi. Onun döyüş yolu, qəhrəmanlığı haqqında tez-tez eşidirdik. Amma ötən il ATV-nin “Ağdam və mən” verilişinin “Qara qaya” bölümündə yeni məlumatlar əldə etdik. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə məlumat verdim. Belə qərar gəldik ki, “Avrasiya Media Şəbəkəsi” tərəfindən sənədli film hazırlayaq".
Filmin rejissoru Roman Yaşar jurnalistlərə açıqlamasında filmin təqdimatının anşlaqla keçməsini və belə qəhrəmanların cəmiyyətə tanıdılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, Xocalıdan mülki vətəndaşların çıxarılmasında cəsur və qorxmaz addımlar atan M.Əbilovun geniş ictimaiyyətə tanıdılması vacibdir.
Daxili İşlər Nazirliyinin nümayəndəsi polkovnik Mehman Həsənov, BAMF prezidenti Umud Mirzəyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər belə filmlərin davamlı çəkilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1990-ci ildə Vətənə olan sevgisi, dinc insanlarımızın həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib.
O, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.
-
Yaxın Şərq13:01Bəşər Əsədə ölüm hökmü verildi
-
Dünya11:44Türkiyədən PKK ilə bağlı şok qərar - Minlərlə üzvə amnistiya yolu açıldı
-
Yaxın Şərq10:44İsrail bu ərazidə yeni yəhudi yaşayış məntəqəsi salır: 650 ev tikiləcək
-
ABŞ09:55Trampı belə qoruyurlar: Qolf oynayarkən ətrafına görün nə yerləşdirildi
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib







.jpg)

.jpg)




























