Art
Milli Kitabxanada elmi konfrans keçirildi - Foto
25 fevral 2026-cı il tarixində Azərbaycan Milli Kitabxanasında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultay: türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ” mövzusunda elmi konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planı çərçivəsində təşkil olunub.
Publika.az xəbər verir ki, açılışda Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qurultayın türk xalqlarının milli özünüdərki və elmi əməkdaşlığında mühüm mərhələ olduğunu bildirib, yubiley münasibətilə stenoqrafik hesabatın və fundamental biblioqrafiyanın nəşrinin nəzərdə tutulduğunu qeyd edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qurultayın ideyalarının türk dünyasında milli oyanışa və inteqrasiyaya töhfə verdiyini vurğulayıb, yubiley ili çərçivəsində nəşrlər, bədii-sənədli filmlər və ölkə daxilində, eləcə də xaricdə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Konfransda Milli Məclisin deputatları, alimlər və ictimai xadimlər çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi və elmi əhəmiyyətini dəyərləndiriblər. Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev videomüraciətində qurultayın latın qrafikalı əlifbaya keçid, terminologiyanın vahidləşdirilməsi və elmi əlaqələrin möhkəmləndirilməsi baxımından nəticələrini qeyd edib.
Tədbir çərçivəsində “Birinci Türkoloji Qurultay – 100” elektron məlumat bazası və virtual sərgi təqdim olunub, yubileyə həsr edilmiş kitab sərgisi təşkil edilib.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.webp)








.jpg)













