Art
“Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli” layihəsi həyata keçiriləcək
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaq tərəfindən “Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli: maarifləndirmə və yeni alətlərin yaradılması” layihəsi həyata keçiriləcək.
Publika.az xəbər verir ki, layihə Azərbaycanın zəngin multikultural irsinin, tolerantlıq ənənələrinin və mədəniyyətlərarası dialoq sahəsində formalaşmış təcrübəsinin təşviqinə yönəlib. Təşəbbüs mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və gənclərin mədəniyyətlərarası dialoq, multikulturalizm və beynəlxalq mədəni əməkdaşlıq sahəsində bilik və bacarıqlarının artırılmasına töhfə verməyi nəzərdə tutur.
Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində mədəniyyət işçiləri, ictimai təşkilatların nümayəndələri və gənclər üçün silsilə təlim proqramları təşkil olunacaq. Təlimlərdə mədəniyyətlərarası dialoq, mədəni müxtəlifliyin təşviqi, inklüzivlik prinsipləri və multikultural dəyərlərin tətbiqi üzrə həm nəzəri biliklər, həm də praktiki yanaşmalar təqdim ediləcək.
Layihənin ilk mərhələsinin Bakıda, növbəti mərhələsinin isə Gəncə şəhərində iki günlük təlim proqramı formatında keçirilməsi planlaşdırılır.
Təşəbbüs çərçivəsində mədəniyyət sahəsində fəaliyyət göstərən qurumlar üçün “Multikulturalizm üzrə özünüqiymətləndirmə aləti” də təqdim ediləcək. Bu alət təşkilatlara fəaliyyətlərində multikultural yanaşmanın səviyyəsini, inklüzivlik siyasətlərinin effektivliyini və institusional inkişaf imkanlarını sistemli şəkildə qiymətləndirməyə imkan verəcək.
Bununla yanaşı, layihə çərçivəsində mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş “Mədəniyyətlərarası dialoqun dəstəklənməsi üzrə bəyanat” təşəbbüsünün də təqdim olunması nəzərdə tutulur. Bu təşəbbüs təşkilatlar arasında əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimada əsaslanan dialoq mühitinin formalaşmasına xidmət edəcək.
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər








.jpg)






.jpg)







.webp)









.jpg)
