Art
“Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat”
SSRİ miqyasında "Yeddi oğul istərəm" on film içərisində ən çox valyuta gətirən idi. "Sovetskiy ekran" jurnalında bu barədə yazılmışdı. Dünyanın elə qitəsi yox idi ki, o film orada nümayiş olunmasın".
Publika.az xəbər verir ki, bu sözləri xalq artisti Rafiq Əzimov Musavat.com-a deyib:
"O vaxt bizə deyirdilər ki, əgər o valyutanın bir faizi "Azərbaycanfilm"ə verilsəydi, kinostudiyanın qapıları qızıldan olardı. Amma çifayda, belə olmadı...
O vaxt Bondarçuk (Sergey Bondarçuk - sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti - red.) çəkilişdən sonra gedib SSRİ bankına, pulunu alsın. Xruşşovun dövrü idi. Deyiblər nə pul? Xruşşova şikayət yazır ki, mən İtaliyada film çəkmişəm, valyutamı vermirlər. Xruşşov o vaxt onu partiyadan çıxartmaq istəyirdi. Deyib bankda olan pullar tək sizin deyil, SSRİ vətəndaşlarınındır".
Xalq artisti qeyd edib ki, onlar həmin vaxt pul haqqında düşünmürdülər:
"İnanın mənə. Hətta o vaxt bu məsələ lətifəyə çevrilmişdi, mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat. İndi durumu təsəvvür edin. Amma bu günə qədər biz pul haqqında düşünmədik. Cavanlıqda "Torqovı"ya (Nizami küçəsinə) çıxanda bizi barmaqla göstərirdilər. "Velikolepnaya semyorka" deyirdilər. Amma 30-cu illərdə Səməd Vurğun "Komsomol" poemasını yazanda nə "Yeddi Samuray" var idi, nə də "Velikolepnaya semyorka". Bizi görənlər filmdəki adımızla göstərirdilər ki, bax, Şahsuvardır, ya digərləri...
Nə yaxşı ki, biz o günləri yaşadıq. Yaşamasaydıq, görməsəydik, bəlkə də bu sənətə gəldiyimizə peşman olardıq. Ədil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi müəllimlərimiz olub".
-
Magazin202:44Narkotik istifadəçisi imiş - Serialdan qovulacaq?
-
Qoroskop01:20Günün ulduz falı: Yeni dostlar qazanacaqsız
-
Hadisə00:45Gəmidən sağ çıxan azərbaycanlı: Nə qədər kömək etməyə çalışsaq da... - Video
-
Region5 İyun 23:55Türkiyə gəmisinə hücum edildi: ölən və yaralananlar var
-
Hadisə5 İyun 22:58Azovda həlak olan azərbaycanlıların yaxınları nələr danışdı? - Video
-
Nəqliyyat5 İyun 21:39Bu qaydanı bilməyənlər daha çox cərimə ödəyir
-
Nida Xəbər 5 İyun 20:12Onlar vəzifədən azad edildilər - Sərəncam
-
Hadisə5 İyun 18:10Bakıxanovda yaşayış binasında yanğın - Yeniləndi




































