Art
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub.
Publika.az xəbər verir ki, Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verilib.
Qeyd olunub ki, muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.
Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var.
Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir.
Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.
Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrin ortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu "Qafqaz Muzeyi" dövründən başlayır.
Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və "Dostluq abidəsi"nin fotoşəkilləri yer alıb.
Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu "Divani-Hikmət" ədəbi məclisinin fəaliyyətini davam etdirən "Müdriklər Məclisi" yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.
Sonra Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazıb. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanım Mehriban Əliyevaya hədiyyə olunub.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü






















.jpg)















