Art
Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində oldu
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Publika.az xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.
Muzeyin "Gürcüstanda Daş dövrü" ekspozisiyası ölkədə aşkara çıxarılmış ən vacib arxeoloji irsi təqdim edir. İndiyədək Gürcüstanda 500-dən çox Daş dövrü abidəsi qeydə alınıb. Ekspozisiyada Dmanisidə (Kvemo Kartli bölgəsi) aşkarlanan tapıntılar xüsusi yer tutur. Burada təxminən 1,8 milyon il əvvələ aid insan qalıqları və əmək alətləri var. "Arxeoloji xəzinə" ekspozisiyasında isə Gürcüstanda aşkar edilmiş və eramızdan əvvəl III minillikdən eramızın IV əsrinə qədər olan dövrə aid nadir zərgərlik məmulatları nümayiş olunur.
Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə "Azərxalça"nın istehsalı olan beş nadir xalçadan ibarət "Mədəni irsə yeni baxış" adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə "Xətai" və "Çələbi" motivlərinin müasir kompozisiyada sintezi olan "Naxçıvan", Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən "Açma-yumma", ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan "Qarabağ", "Bəndi-Rumi" kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan "Ovçuluq" və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan "Pazırık" xalçaları daxildir.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirib.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü






















.jpg)















