Art
Rəşid Behbudov adına teatrın Lənkəranda qastrol konserti - FOTO
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, ölkənin aparıcı bədii kollektivlərinin iştirakı ilə Bakı şəhərini və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramının növbəti ünvanı Lənkəran şəhəri olub.
Publika.az xəbər verir ki, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi aprelin 20-də Lənkəran şəhər Qəni Vəliyev adına Mədəniyyət Mərkəzində konsert proqramı ilə çıxış edib.
Teatrın Estrada-Simfonik Orkestri və solistlərin ifasında Rafiq Babayevin “Parafraz” əsəri, eləcə də “Əhməd haradadır?”, “Dədə Qorqud”, “Babək”, “Bəxt üzüyü” kimi məşhur Azərbaycan filmlərindən seçilmiş musiqi nömrələri səsləndirilib. Bundan əlavə, Rauf Hacıyev, Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi və Eldar Mansurovun qəlboxşayan bəstələri ifa olunub.
Konsertdə Xalq artisti Gülyaz Məmmədova, İlhamə Qasımova, Taleh Yəhyayev, Ayşən Mehdiyeva, Rövşən Qəhramanov, Aynur İsgəndərli, Natəvan Quliyeva, Fəxri Kazım-Nicat və digər solistlərin mahir ifaları musiqisevərlərə unudulmaz sənət zövqü bəxş edib.
Lənkəranın məşhur “Nənələr” folklor xalq kollektivinin orkestrin müşayiəti ilə çıxışı isə musiqili gecəyə xüsusi rəng qatıb.









-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam








.jpg)




.webp)





















.jpg)

