Art
İçərişəhərdə qala divarının aşınan hissəsi bərpa edildi - VİDEO
Bir müddət öncə paytaxt ərazisində baş verən intensiv yağışlar zamanı İçərişəhər qala divarında aşınma nəticəsində dağıntılar baş verib.
Publika.az xəbər verir ki, Artıq həmin hissədə Avstriya şirkəti tərəfindən bərpa işləri həyata keçirilir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin üzvü Aytac Əlisultanlı bərpa işləri ilə bağlı məlumatları “Baku” TV ilə bölüşüb:
"Bu dağıntının nəticəsi olaraq burada qəzalı vəziyyət yaranmışdı və operativ olaraq İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən buraya mütəxəssislər cəlb edilmişdi. Mütəxəssislər İçərişəhər ərazisində, eyni zamanda respublika ərazisində bir çox mühüm tarixi memarlıq abidələrinin əsaslı bərpası və konservasiyası ilə məşğul olmuş və peşəkarcasına bu işləri yerinə yetirmiş "Atelier Erich Pummer" şirkətindəndir. Həmin mütəxəssislər tərəfindən qeyd olunan hissədə baş vermiş qəzalı vəziyyət aradan qaldırılıb. Lakin təbii ki, burada müvəqqəti tədbirlər yox, əsaslı bərpa, konservasiya və gücləndirmə işləri aparılmalıdır və bunun əsasında texniki müayinə və mühəndis təhlilləri dayanmalıdır", - deyə o vurğulayıb.
Bərpa işlərini həyata keçirən "Atelier Erich Pummer" şirkətinin təsisçisi və direktoru Erix Pummerin sözlərinə görə, təxirəsalınmaz zəruri tədbirlər həyata keçirilərək divarın uçmuş hissəsi stabilləşdirilib.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam








.jpg)


























.jpg)

