Art
Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi - Foto
Mayın 8-də Mədəniyyət Nazirliyi sistemindəki Heydər Əliyev mərkəzlərinin fəaliyyətinə həsr olunan müşavirə keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan müşavirədə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və mərkəzlərin rəhbərləri iştirak ediblər.
Mədəniyyət Nazirliyinin Regional əlaqələndirmə şöbəsi Regional layihələrin idarəedilməsi sektorunun müdiri Könül Cəfərova və nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov çıxış ediblər.
Bildirilib ki, Heydər Əliyev mərkəzləri Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, qorunması və geniş təbliği istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirən müəssisələrdir.
Mərkəzlərdə Ümummilli Liderin zəngin dövlətçilik irsinin daha sistemli şəkildə təbliğinin həyata keçirilməsi, bununla bağlı yeni effektiv vasitələrdən istifadə olunması qarşıda duran əsas vəzifələrdir.
Qeyd olunub ki, Heydər Əliyev mərkəzlərinin funksionallığının artırılması üçün işçi heyətin müvafiq tələblərə cavab verən bilik və bacarıqlarının olması əsas şərtdir.
Sonra müşavirə interaktiv formada davam edib. Müəssisələrin fəaliyyəti, qarşıya qoyulan vəzifələr müzakirə olunub, təkliflər səsləndirilib.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü














.jpg)
.jpg)





.jpg)















