Art
“Simpsonlar”dan yeni "proqnoz" - Ölümcül virusla bağlı ilginc İDDİA
Dünyanın ən məşhur cizgi seriallarından biri olan “Simpsonlar”ın (The Simpsons) növbəti dəfə gələcəyi öncədən gördüyü iddia edilib. Bu dəfəki müzakirələrə səbəb "MV Hondius" kruiz gəmisində baş qaldıran ölümcül hantavirus epidemiyası olub.
Publika.az "Mirror US" nəşrinə istinadən xəbər verir ki, sosial şəbəkələrdə serialın illər əvvəl yayımlanan bölümlərindən birinin hazırkı hadisələrlə üst-üstə düşdüyü bildirilir.
Söhbət serialın 2012-ci ildə ekranlara çıxan 23-cü mövsümünün bir epizodundan gedir. Həmin bölümdə Simpsonlar ailəsi kruiz gəmisində istirahət edərkən qəfil həyəcan siqnalı verilir. Böyük ekranda general Uilyam Sallivanın müraciəti nümayiş olunur: “Ölümcül Pandora virusu sürətlə yayılır. Bütün gəmilər dənizdə qalmalıdır”.
Bu elandan sonra gəmidə böyük təşviş və xaos yaranır. Maraqlıdır ki, ssenariyə görə, əslində heç bir virus yox idi; bu, sadəcə Bart Simpsonun tətili uzatmaq üçün uydurduğu bir zarafat idi. Lakin real həyatda kruiz gəmisində yaşanan virus təhlükəsi izləyicilər tərəfindən "Simpsonların növbəti proqnozu" kimi qiymətləndirilib.
Qeyd edək ki, "Simpsonlar" serialı daha əvvəl Trampın prezident seçilməsi, "Titan" batiskafının faciəsi və "Disney"in "21st Century Fox"u alması kimi hadisələri öncədən görməsi ilə məşhurlaşıb. Ekspertlər isə bunları uzaqgörənlik deyil, təsadüf və sonradan edilən interpretasiyalar hesab edirlər.
Müəllif: Adəm
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü














.jpg)
.jpg)





.jpg)















