Art
Mədəniyyət naziri yubilyar mədəniyyət xadimləri ilə görüşdü - FOTO
Mayın 21-də Mədəniyyət Nazirliyində bir qrup yubilyar mədəniyyət xadimi ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə Xalq artistləri – dirijor Ağaverdi Paşayev, xanəndə Zümrüd Məmmədova, qarmon ifaçısı Ənvər Sadıqov, aktrisalar Məleykə Əsədova, Şükufə Musayeva, Xalq rəssamı Hüseyn Haqverdiyev və tanınmış şair, bəstəkar Xanım Qarayeva (İsmayılqızı) iştirak ediblər.
Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayıb, yubileyləri münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb.
Nazir qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dahi siyasətçi, görkəmli dövlət xadimi olsa da, mədəniyyətə, ədəbiyyata daim xüsusi münasibəti olub. Ulu Öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına davamlı diqqət göstərib, yaradıcı insanlara qayğı ilə yanaşıb. “Ümummilli Liderin təməlini qoyduğu bu ənənə möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Mədəniyyətimizin inkişafına töhfə verən insanlar yüksək dövlət təltiflərinə, təqaüd və mükafatlara layiq görülürlər. Bu yanaşma və diqqət yaradıcı insanların fəaliyyətinə müsbət təsir göndərir və nəticədə Azərbaycan mədəniyyəti inkişaf edir, zənginləşir”, – deyə nazir əlavə edib.
Sonra Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplom və Təşəkkürnamələrini təqdim edib, cansağlığı, uzun ömür və fəaliyyətlərində uğurlar arzulayıb.
Mədəniyyət xadimləri çıxış edərək sahənin inkişafı ilə bağlı fikirlərini bölüşüb, göstərilən diqqətə və təltifə görə minnətdarlıqlarını bildiriblər.
Sonda birgə foto çəkdirilib.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı








.jpg)









.jpg)

















.jpg)

