Art
“İstiqlalın əbədi işığı” adlı konsert proqramı baş tutdu - FOTO
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “İstiqlalın əbədi işığı” adlı konsert proqramı baş tutub.
Publika.az xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova Teleqraf-a açıqlamasında konsert proqramı ilə bağlı təəssüratlarını bölüşüb:
“28 May - Müstəqillik Gününə həsr olunmuş “İstiqlalın əbədi işığı” adlı konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə təqdim olunur. Bu möhtəşəm konsertin ərsəyə gəlməsində əməyi olan Azərbaycan Dövlət Kamera Orkestrinə, başda əməkdar artist, dirijor Fuad İbrahimov olmaqla təşəkkürümü bildirirəm. Məhz onun yüksək peşəkarlığı və zəngin təfsir qabiliyyəti nəticəsində uşaqlarımızın təqdim etdiyi əsərlər bu gün böyük ruh yüksəkliyi ilə səslənir.
Konsert proqramında dünya klassik musiqisinin ən məşhur və əsrarəngiz nümunələrinə müraciət etmişik. Tədbirdə məktəbin müxtəlif şöbələrinin – xalq çalğı alətləri, fortepiano və orkestr alətləri şöbələrinin istedadlı şagirdləri öz bacarıqlarını nümayiş etdirirlər. Müstəqilliyimizə həsr olunmuş bu konsert onların Vətənə olan sevgisini tamaşaçılara daha parlaq şəkildə çatdırmağa yardım edir. Şagirdlər vətən sevgisini öz musiqiləri vasitəsilə ifadə edirlər”.
Qeyd edək ki, konsert proqramında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.
-
Hadisə23:00Azərbaycanda zəlzələ oldu
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı








.jpg)









.jpg)

















.jpg)

