Art
Milli Teatrda "Payız sonatası" hazırlanır
Akademik Milli Dram Teatrında İnqmar Berqmanın “Payız sonatası” əsəri əsasında hazırlanacaq eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Bu barədə Publika.az-a Akademik Milli Dram Teatrından bildirilib.
Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunacaq tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Vüsal Rəhimov, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Rafael Həsənov, plastik həlli Lalə Hacıyeva, rejissor assistenti isə Könül Kərimovadır.
Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Yeni səhnə əsərində Xalq artisti Zemfira Nərimanova, Əməkdar artistlər Məsmə Aslanqızı və Elşən Rüstəmov iştirak edirlər.
Hər bir ailə gizli bir məbəd kimidir – bəzən duaların oxunduğu, bəzən isə ən ağır günahların sakitcə divarlara hopduğu bir məkan. Bu malikanə əslində yeddiillik bir sükutun və içdə böyüdülən nifrətin partlayış poliqonudur. Dünyada məşhur pianoçu, sənətin və eşqin zirvəsində dayanan ana ilə onun kölgəsində böyüyən, sevgisizlikdən vaxtsız qocalan qızı illər sonra eyni damın altında üz-üzə gəlir.
Lakin bu görüş bir qucaqlaşma deyil, iki fərqli dünyanın qanlı toqquşmasıdır. Böyük sənət yaratmaq üçün insan öz doğmalarının ruhunu qurban verməlidirmi? Sənətkar eqoizmi harada bitir, ana vicdanı haradan başlayır?
Evin hər küncündə, iflic vəziyyətdə dilsiz bir əzab kimi yaşayan o biri qız isə bu ailənin gizli qalmış simvoludur. O, ananın şüuraltı vicdan əzabı, bacısının isə içindəki dilsiz ağrının plastik və vizual təcəssümüdür. Hər şeyi kənardan sakit şəkildə izləyən kişinin neytral mövqeyi isə bu dünyanın səssiz çığırtısına çevrilir.
Bu əsər bir-birinə toxuna bilməyən, bir-birini bağışlaya bilməyən insanların tragik çarəsizliyini ifadə edir.
"Ananın bətnində başlayan o zəncir heç vaxt qırılmır... Ananın bədbəxtliyi qızın bədbəxtliyinə çevrilir”.
Tamaşa, hər kəsi öz daxili məhkəməsinə və ruhunun ən qaranlıq otaqlarına baxmağa dəvət edir.
-
Magazin215:30Məşhur model çimərlik görüntüləri ilə gündəm oldu - FOTO
-
Avropa14:59Generaldan xəbərdarlıq - Rusiya qorxunc düşmənə çevrilib
-
Magazin214:50Tom Hardi məşhur serialdan qovuldu
-
ABŞ13:49Ağ Evdə mühüm toplantı - İran müharibəsi yenidən başlayır
-
Digər11:56Kömür mədənində baş verən qəzada ölənlərin sayı 80-i keçdi
-
Hadisə11:32Sumqayıtda qanunsuz tikili söküldü - VİDEO
-
Region10:59Məşhur partiyanın qurultayı ilə bağlı əməliyyat keçirildi - Saxlanılanlar var
-
Ekopublika.az08:45Qurbanlıq heyvan bazarında son vəziyyət: Qiymətlər nə qədər artıb? - Video










.jpg)











.jpg)















