Art
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi - FOTO
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində bəstəkar və pianoçu Sevda Rəhimovanın iştirakı ilə uşaqlar üçün xeyriyyə musiqi ustad dərsi keçirilib. Tədbir "Qüsursuz Nitq" Nitq və Psixologiya İnkişafı Mərkəzi tərəfindən təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə Alyona Əliyeva iştirak edib.
Ustad dərsi çərçivəsində gənc iştirakçılar valehedici musiqi, səs və ritm dünyası ilə tanış olublar, müxtəlif musiqi alətlərinin xüsusiyyətləri haqqında məlumat əldə ediblər və yaradıcı və interaktiv məşğələlərə qatılıblar.
Tədbirdə çıxış edən "Ümidlə gəl" xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev deyib ki, Heydər Əliyev Fondu, xüsusən də Leyla Əliyeva tərəfindən sağlamlıq imkanları məhdud olan uşaqlara dəstəyin göstərilməsi həmişə xüsusi əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, həyata keçirilən layihələr bu vacib ənənəni davam etdirməyə, uşaqların inkişafı və yaradıcı potensiallarının üzə çıxarılması üçün əlverişli mühit yaratmağa yönəlib.
H.Quliyev dəstəyə ehtiyacı olan uşaqlara göstərdiyi daimi diqqət və qayğıya görə Leyla Əliyevaya minnətdarlığını bildirib, onun təşəbbüslərinin və dəstəyinin bu cür sosial layihələrin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Sevda Rəhimovanın rəhbərliyi ilə keçirilən tədbirdə uşaqlar yeni biliklərin əldə edilməsi ilə yanaşı, həm də yaradıcı və ilhamverici bir atmosferdə vaxt keçirdilər.
Proqramda, həmçinin Rəşid Behbudov adına 2 nömrəli Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri də səsləndirilib.
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...





















.jpg)















