Art
Son 10 ilin ən yaxşı 5 serialı
Rəqəmsal platformaların yüksəlişi ilə birlikdə televiziya dünyası son 10 ildə sözün əsl mənasında qızıl dövrünü yaşayıb.
Publika.az xəbər verir ki, tənqidçilərin yüksək qiymətləndirdiyi və tamaşaçıların yaddaşında iz qoyan son 10 ilin ən yaxşı serialları açıqlanıb.
Siyahıda ilk yerlərdən birini "Severance" tutur. "Severance" iş və şəxsi həyat xatirələrinin bir-birindən ayrıldığı distopik dünyadan bəhs edir. Şirkət əməkdaşlarının ofisdən kənarda kim olduqlarını xatırlamaması üzərində qurulan hekayə sirr və gərginliyi ustalıqla birləşdirir. Serialın rejissoru Ben Stillerdir. Baş rollarda isə Adam Scott, Patricia Arquette və Britt Lower yer alır. Xüsusilə atmosferi və sürükləyici süjeti ilə son illərin ən çox müzakirə olunan ekran işlərindən birinə çevrilib.
Siyahıda yer alan digər məşhur ekran işi isə "Succession" olub. media imperiyasına sahib varlı bir ailənin hakimiyyət savaşını mövzu alan "Succession" müasir televiziya tarixinin ən uğurlu dramlarından biri hesab olunur. Qara yumorla ailədaxili intriqaları bir araya gətirən ekran işi sərt dialoqları və təsirli personajları ilə diqqət çəkib. Serialın yaradıcısı Jesse Armstrongdir. Aktyor heyətində isə Brian Cox, Jeremy Strong, Sarah Snook və Kieran Culkin yer alıb. Serial "Emmy" başda olmaqla çoxsaylı mükafatlar qazanıb.
"Dark"da son illərin ən uğurlu serialları sırasında göstərilib. Almaniya mənşəli "Dark" zaman səyahəti mövzusunu mürəkkəb, amma təsirli hekayə ilə təqdim edib. Kiçik bir qəsəbədə itkin düşən uşaqlardan sonra ortaya çıxan sirlər izləyicini qaranlıq və sürükləyici bir dünyaya aparır. Baran bo Odar və Jantje Friese imzalı serialın aktyor heyətində Louis Hofmann, Lisa Vicari və Oliver Masucci yer alıb.
Siyahıya daxil edilən digər layihə "The Last of Us" olub. "The Last of Us" qiyamət sonrası dünyada sağ qalma mübarizəsini emosional şəkildə ekrana gətirib. Bəşəriyyəti təhdid edən bir epidemiyadan sonra baş verən hadisələr aksiyon və dramı balanslı şəkildə təqdim edir. Serial Craig Mazin və Neil Druckmann tərəfindən hazırlanıb. Baş rolları isə Pedro Pascal və Bella Ramsey canlandırır. Layihə həm aktyor performansları, həm də vizual keyfiyyəti ilə böyük rəğbət qazanıb.
Qlobal fenomenə çevrilən "Squid Game"də siyahıda yer alıb. Cənubi Koreya istehsalı olan "Squid Game" yayımlandığı dövrdə qlobal fenomenə çevrilib. Maddi çətinlik yaşayan insanların ölümcül uşaq oyunlarında yarışmasını mövzu alan serial sosial bərabərsizlik və sistem tənqidi ilə diqqət çəkib.Serialın rejissoru Hwang Dong-hyukdir. Baş rollarda isə Lee Jung-jae, Park Hae-soo və Jung Ho-yeon çıxış edib. Gərgin səhnələri və təsirli vizualları ilə dünyanın ən çox izlənilən seriallarından birinə çevrilib. (Milli.Az)
-
İdman21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO








.jpg)








.jpg)


















.jpg)

