Art
"Cənnət yuxusu" filmi Aşqabadda nümayiş olundu
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində milli kinomuzla bağlı silsilə təqdimatlar olub.
Publika.az xəbər verir ki, “Aşqabad” Kinoteatrında “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirilib.
Məlumat verilib ki, film Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyinin sifarişi əsasında 2025-ci ildə istehsal olunub.
Ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərovdur.
Azərbaycan təsviri sənətində dəzgah (panel) rəssamlığının əsasını qoymuş Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından bəhs edən filmdə qədim İrəvan şəhərinin tarixi və mədəni irsi də diqqətə çatdırılır. Burada İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












