Art
Türkmənistanda "Arşın mal alan" bədii filminin nümayişi oldu - Foto
İyunun 7-də “Aşqabad” Kinoteatrında “Arşın mal alan” tammetrajlı bədii filminin nümayişi olub.
Publika.az xəbər verir ki, görkəmli rejissor, Xalq artisti Tofiq Tağızadənin dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1965-ci ildə lentə aldığı “Arşın mal alan” filmi qısa müddət ərzində ölkəmizdə və xaricdə geniş tamaşaçı rəğbəti qazanıb.
Filmdə hadisələr XX əsrin əvvəllərində Bakıda cərəyan edir. Varlı gənc tacir Əsgər evlənmək istəsə də, dövrün adət-ənənələri ona gələcək həyat yoldaşını əvvəlcədən görməyə imkan vermir. Buna görə də o, arşınmalçı qiyafəsinə girərək sevdiyi qızı tapmağa çalışır. Film məhəbbət, ailə dəyərləri və dövrün sosial münasibətlərini yumor və musiqi dili ilə təqdim edir. Əsər Azərbaycan kino tarixinin ən məşhur musiqili ekran nümunələrindən hesab olunur.
Ssenari müəllifi Tofiq Tağızadə və Muxtar Dadaş olan ekran əsərində Azərbaycanın tanınmış aktyorları rol alıb.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












