Art
Xalq artisti vəfat etdi - Foto
SSRİ-nin Xalq artisti Lyudmila Çursina 84 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a aktrisanın uzun illər fəaliyyət göstərdiyi Rusiya Ordusunun Mərkəzi Akademik Teatrından məlumat verilib.
Bildirilib ki, Lyudmila Çursina iyunun 10-da dünyasını dəyişib. Teatr nümayəndələri qeyd ediblər ki, onun 85 illik yubileyinə cəmi bir neçə həftə qalırdı. Belə ki, aktrisa iyulun 20-də 85 yaşını qeyd etməli idi və teatr kollektivi artıq həmin tarixə hazırlıq görürdü.
“Lyudmila Çursina artıq aramızda deyil. Çox yaxın zamanda - iyulun 20-də onun yubileyi olacaqdı. Biz həmin günə hazırlaşırdıq”, - deyə teatrın nümayəndəsi bildirib.
Lyudmila Çursina sovet və Rusiya teatrı və kinosunun ən tanınmış simalarından biri hesab olunurdu. O, yaradıcılığı ərzində onlarla film və tamaşada yaddaqalan obrazlar yaradıb. Aktrisanın xüsusilə "Tutqun Çay", “Minotavrın ziyarəti” və digər məşhur ekran əsərlərindəki rolları tamaşaçıların yaddaşında qalıb.
Adəm


-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












