Art
Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub
Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 5-də Türkmənistan Dövlət Memarlıq və İnşaat Universitetində Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim və tələbə heyəti, digər qonaqlar iştirak ediblər. Tədbirin moderatoru, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Əcəmi Naxçıvanini orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət verən, dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirən böyük sənətkar kimi səciyyələndirib. Deyib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Diqqətə çatdırılıb ki, memarın 900 illiyi eyni zamanda 2024–2025-ci illər üzrə UNESCO-nun yubileylər proqramına daxil edilmişdi. Sonra Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, professor Rahibə Əliyevanın “Əcəmi Naxçıvani və klassik Azərbaycan memarlığı” mövzusunda məruzəsi dinlənilib.
Qeyd olunub Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişində diqqətəlayiq yer tutur. Memarın yaradıcı dühasının məhsulu olan Möminə xatın məqbərəsi və Yusif Küseyir oğlu türbəsi türk-islam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilir. Alim bildirib ki, Əcəminin yaratdığı sənət məktəbi sonrakı dövrlərdə Azərbaycanla yanaşı, Yaxın Şərq ölkələrinin memarlığına da güclü təsir göstərib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası dostluq qrupunun üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədov “Səlcuq memarlığı və Əcəmi Naxçıvani” mövzusunda çıxış edib.
Qeyd olunub ki, əgər Səlcuq memarlığı türk-islam memarlığının zirvələrindən hesab edilirsə, onun Azərbaycan qolunun ən böyük nümayəndəsi Əcəmi Naxçıvanidir. Sonda məruzəçilər auditoriyanı maraqlandıran sualları cavablandırıblar.
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı







.jpg)

.jpg)




























