Art
Türkmənistan Prezidenti Azərbaycanın mədəniyyət nazirini qəbul edib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 5-də bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlini qəbul edib.
Sərdar Berdiməhəmmədov əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırmağı xahiş edib. Dövlət başçısı Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan nümayəndə heyətinə uğurlar arzulayıb. Səmimi qəbula və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən nazir Adil Kərimli qeyd edib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir.
O, fürsətdən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına, eləcə də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova çatdırıb. Adil Kərimli qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı qeyd olunub ki, Türkmənistan ilə Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.
İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib. Dövlət başçısı ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladaraq bildirib ki, bu cür mədəni əlaqələr xalqlarımızın daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Prezident Sərdar Berdiməhəmmədov deyib: “Bu xoş ənənənin davamı olaraq cari ildə Azərbaycan Mədəniyyəti Günləri Türkmənistanda – Aşqabad və Arkadağ şəhərlərində keçirilir. Ölkəmiz Azərbaycanın mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş nümayəndə heyətini böyük məmnuniyyətlə qarşılayır”. Dövlət başçısı qeyd edib ki, mədəniyyət günləri çərçivəsində konsertlər və digər tədbirlərlə yanaşı, Dövlətməmmət Azadi, Seyid Əzim Şirvani, Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif kimi böyük şair və mütəfəkkirlərin yaradıcılığına həsr olunmuş elmi konfransların keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Prezident Sərdar Berdiməhəmmədov ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını vurğulayıb.
Görüşün sonunda Prezident Sərdar Berdiməhəmmədov və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mədəni-humanitar əməkdaşlığın Türkmənistan-Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olduğunu qeyd edərək bu əlaqələrin bundan sonra da iki qardaş xalqın rifahı naminə inkişaf edəcəyinə əminliklərini bildirib və bir-birlərinə uğurlar arzulayıblar.
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı







.jpg)

.jpg)




























