Art
Cəfər Cabbarlının heykəli bərpa olundu - Foto
Böyük dramaturq Cəfər Cabbarlının “Azərbaycanfilm” Kinostudiyasının girişində yerləşən heykəlinin əsaslı təmir-bərpa işləri başa çatıb.
Bu barədə Publika.az-a kinostudiyanın direktor müavini vəzifəsini icra edən Rüfət Qarazadə məlumat verib.
Onun sözlərinə görə, kinostudiyanın ərazisində abadlıq işləri davam etdirilir, işıqlandırma, yaşıllaşdırma və su sistemləri bərpa olunub, yaxın vaxtlarda isə asfalt örtüyünün yenilənməsinə başlanılacaq.
R.Qarazadə bildirib ki, dövlət sifarişi ilə çəkiləcək filmlərin “Azərbaycanfilm” və özəl sektorun birgə istehsalı formatında hazırlanmasına start verilib. Bu çərçivədə “Daşlara Həkk Olunan Tale: Əcəmi Əbubəkir Naxçıvani” adlı tammetrajlı bədii-sənədli tarixi filmin çəkilişlərinə başlanılıb.
Onun sözlərinə görə, kinostudiya ilə özəl sektor arasında yaradılan əməkdaşlıq film istehsalının yenidən bərpasına imkan verəcək.
Rüfət Qarazadə əlavə edib ki, 2026-cı ilin sonunadək çəkiliş zonalarının sayının artırılması, yeni pavilyonun inşasına investisiya cəlb edilməsi, müasir çəkiliş avadanlıqlarının alınması və “Kinopark” konsepsiyasının həyata keçirilməsi planlaşdırılır.
O, həmçinin Azərbaycan kinosunun tarixi və inkişafını əks etdirəcək Kino Muzeyinin, eləcə də Yaradıcı Kino Mərkəzinin yaradılmasının strateji hədəflər sırasında olduğunu vurğulayıb.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












