Art
ABŞ-da yaşayan rəssam Dilbər İbrahimova həmyerlilərinə çağırış etdi - VİDEO
“ART FUTURUM” beynəlxalq incəsənət layihəsinin müəllifi, hazırda Amerikada yaşayan azərbaycanlı rəssam Dilbər İbrahimova Azərbaycan rəssamlarına müraciət edib.
Publika.az xəbər verir ki, Azərbaycanın zəngin mədəni irsi, multikultural dəyərləri və güclü yaradıcılıq ənənələri ilə seçilən ölkə olduğunu deyən Dilbər İbrahimovanın sözlərinə görə, ölkəmizin istedadlı rəssamlarının gələcəyə dair baxışlarının beynəlxalq auditoriyaya təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
“Azərbaycan zəngin mədəni irsə, multikultural dəyərlərə və istedadlı sənətkarlara malik bir ölkədir. Məhz bu səbəbdən Azərbaycan rəssamlarını “ART FUTURUM” layihəsində fəal iştirak etməyə, öz əsərləri vasitəsilə gələcəyə dair baxışlarını və yaradıcılıq dünyalarını beynəlxalq auditoriya ilə bölüşməyə dəvət edirəm”, – deyə Dilbər İbrahimova vurğulayıb.
Qeyd edək ki, “ART FUTURUM” dünyanın müxtəlif ölkələrindən olan rəssamları bir araya gətirən beynəlxalq incəsənət təşəbbüsüdür. Layihənin məqsədi dünyanın gələcəyini sənətkarların gözü ilə təsəvvür etmək, fərqli baxışları və yaradıcı ideyaları qlobal platformada nümayiş etdirməkdir.
Layihə çərçivəsində seçilmiş əsərlər beynəlxalq nəşrdə toplanaraq ABŞ, İtaliya və Azərbaycanda təşkil olunacaq sərgilərdə nümayiş etdiriləcək. Bununla yanaşı, beynəlxalq ekspertlər tərəfindən ən yüksək qiymətləndirilən 10 əsərin müəllifləri xüsusi mükafatlarla təltif olunacaqlar.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












