Art
Azərbaycan-UNESCO əməkdaşlığının perspektivləri müzakirə edildi
İyunun 16-da Paris şəhərində UNESCO-nun Baş qərargahında Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Baş direktoru Xalid Əl-Ənani ilə görüşüb.
Publika.az xəbər verir ki, bu, Xalid Əl-Ənaninin UNESCO-nun Baş direktoru vəzifəsinə seçilməsindən sonra Azərbaycanın mədəniyyət naziri ilə ilk görüş olub. Nazir Adil Kərimli Xalid Əl-Ənanini UNESCO-nun Baş direktoru seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə UNESCO arasında uzunmüddətli və səmərəli əməkdaşlıq münasibətləri, mədəni irsin qorunması, qeyri-maddi mədəni irsin təşviqi, mədəniyyətlərarası dialoq və beynəlxalq humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Adil Kərimli Azərbaycanın UNESCO ilə tərəfdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq ölkəmizin təşkilatın məqsəd və prinsiplərinin təşviqinə verdiyi töhfələrdən bəhs edib. O, Azərbaycanın mədəni müxtəlifliyin qorunması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və qlobal dialoqun inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib.
Nazir həmçinin UNESCO-nun yeni rəhbərliyi dövründə təşkilatın fəaliyyətinin daha da güclənəcəyinə əminliyini ifadə edib, Xalid Əl-Ənaninin rəhbərliyi ilə UNESCO-da yeni islahatların həyata keçiriləcəyinə və təşkilatın qlobal çağırışlara daha çevik cavab vermək imkanlarının genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, UNESCO platformasında birgə layihələrin həyata keçirilməsi və mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda keçib.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












