Art
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olundu - Foto
İyunun 16-da UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Mədəniyyətlərarası Dialoq üzrə VII Ümumdünya Forumuna dair məlumat sessiyası keçirilib.
Publika.az xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayevin moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov və UNESCO-nun Sosial Siyasət və İnklüzivlik üzrə direktoru, Baş direktorun Elm sektoru üzrə müavini Qustavo Merino çıxış edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən başlayan Bakı Prosesi və bu çərçivədə 2011-ci ildən etibarən 6 dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq humanitar əməkdaşlığın nüfuzlu platformasına çevrildiyi vurğulanıb. Əsas beynəlxalq tərəfdaşlardan biri kimi UNESCO-nun bu prosesə daha fəal dəstək göstərəcəyi qeyd edilib.
Bildirilib ki, Forum müxtəlif ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyətini bir araya gətirərək dialoq, qarşılıqlı anlaşma və həmrəylik ideyalarının təşviqinə xidmət edir. Daha sonra 2026-cı ilin 27-29 oktyabr tarixində ölkəmizdə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun prioritet istiqamətləri, forumun konsepsiyası, proqramı və gözlənilən nəticələri barədə ətraflı təqdimat edilib, broşürlar paylanılıb.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, üzv dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Çıxışçılar Bakı Prosesinə dəstəyini ifadə edib.
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?






















.jpg)












