Art
“Bizim Maqsud müəllim” tamaşası nümayiş olundu
İyunun 19-da Heydər Əliyev Sarayında “Bizim Maqsud müəllim” adlı tamaşanın nümayişi olub.
Publika.az xəbər verir ki, Xalq yazıçısı, dramaturq və ssenarist Maqsud İbrahimbəyovun (1935-2016) uşaqlıqdan sevilən qəhrəmanları bu dəfə yeni səhnə görünüşündə tamaşaçıların qarşısına çıxıb.
Səhnə əsəri kinodramaturqun ssenarisi əsasında lentə alınan “Uşaqlığın son gecəsi” (1968) və “Bizim Cəbiş müəllim” (1969) filmlərinin yeni versiyalarının yaradılması prosesi üzərində qurulub.Tamaşada filmlərdən yaddaqalan epizodlar yenidən canlandırılıb. Həqiqi kinokameralar səhnədə baş verənləri lentə alır və görüntü real vaxt rejimində nəhəng ekrana ötürülür.
Rejissor çəkiliş prosesinə rəhbərlik edir, aktyorlar öz personajlarının motivasiyasını anlamağa çalışır və hamısı birlikdə bu qarışıqlıq içində müəllifin özünü – Maqsud İbrahimbəyovu tapmağa çalışırlar. Onlar ədibi qəhrəmanların xarakterlərində axtarır, onların həyat hekayələrini tamamlayır və talelərini daha dərindən açmağa imkan verən əlavə epizodlar yaradırlar. Tamaşaçılar Cəbiş müəllimin həyat yoldaşı ilə tanışlığının, Rüstəmin boks döyüşünün və Davudun düşdüyü dramatik cinayət hekayəsinin şahidi olurlar.
Rejissoru Konstantin Soldatov, ssenari müəllifi İsmayıl İman olan tamaşada tanınmış teatr və kino aktyorlarından ibarət geniş heyət yer alıb. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
-
Elm və təhsil19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...








.jpg)

























.jpg)

