Art
Ofeliya Sənaniyə nə olub? - “Övladlarım gəlib bağa aparacaqlar”
Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar.
Publika.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
Səhhətindən danışan diktor bildirib:
“Harasa getməyə halım olmur. Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Təzyiqim yüksək olur. İynələr vurulur, heç nə təsir etmir. Əhvalım çox pisdir. Yaşlı adamın əhvalı necə olar... Halım heç yoxdur. İstilər də məni bir tərəfdən əldən salıb”.
Ofeliya Sənani 85 illiyini qeyd etməsindən də danışıb:
“Mən heç vaxt ad günü keçirməmişəm, acığım gəlir. Bu il övladlarım etdi. Mən yay-qış deməmişəm, həmişə işləmişəm. Nə istirahətə, nə də doğum günlərinə vaxtım olub”.
Xatırladaq ki, Ofeliya Sənani ötən ay 85 yaşını qeyd edib.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































