Art
Azərbaycanlı rəssam dünya rekordçusu kimi tarixə düşdü - FOTOLAR
Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Dövlət Sənətçisi, professor Rəfiq Əziz (Rafiq Əzizov) “Geniuses World Record Association” tərəfindən dünya rekordçusu elan edilib.
Publika.az xəbər verir ki, təşkilatın təqdim etdiyi rəsmi sertifikata əsasən, Rəfiq Əziz Türkiyə muzeylərində 154 yağlı boya əsəri nümayiş olunan və yaradıcılığına görə Türkiyə Milli Zərbxanası tərəfindən üç xatirə gümüş sikkəsi zərb edilən ilk və yeganə müasir azərbaycanlı rəssam kimi dünya rekorduna layiq görülüb.
Uzun illərdir Türkiyədə fəaliyyət göstərən sənətkar 20 ildən artıqdır ki, Türkiyə Cümhuriyyəti Hərbi Dəniz Qüvvələri Komandanlığının baş rəssamı vəzifəsində çalışır. Bununla yanaşı, o, İstanbul Yeditepe Universitetində müəllim və professor kimi elmi-pedaqoji fəaliyyətini davam etdirərək gənc rəssamların yetişməsinə töhfə verir.
Rəfiq Əzizin əsərləri Türkiyənin hərbi və dövlət muzeylərində, eləcə də dünyanın müxtəlif ölkələrinin muzey və şəxsi kolleksiyalarında qorunur. Onun yaradıcılığı Azərbaycan təsviri sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği istiqamətində mühüm rol oynayır.
2016-cı il noyabrın 1-də təqdim edilən sertifikatla Rəfiq Əzizin adı rəsmi olaraq dünya rekordçuları sırasına daxil edilib. Bu nailiyyət təkcə sənətkarın şəxsi uğuru deyil, həm də Azərbaycan mədəniyyətinin və milli rəssamlıq məktəbinin beynəlxalq səviyyədə qazandığı nüfuzun növbəti təsdiqi kimi dəyərləndirilir.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































