Art
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi və Əli bəy Hüseynzadənin irsi elmi seminarda müzakirə olundu
Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, qurultayın yubileyinə və həmin tarixi tədbirin rəyasət heyətinin fəxri üzvü, böyük türkçü, mütəfəkkir, şair, publisist, rəssam, həkim Əli bəy Hüseynzadənin həyat və yaradıcılığına həsr olunan elmi seminar keçirilib.
Muzeydən Publika.az-a verilən məlumata görə, seminarda Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məsməxanım Qubadova, Əməkdar rəssam, Türkiyənin Yedditəpə Universitetinin professoru Teymur Rzayev, tarix üzrə fəlsəfə doktoru və kolleksiyaçı Dilqəm Əhməd məruzələrlə çıxış ediblər.
Natiqlər 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayı türk xalqlarının ortaq əlifba, terminologiya və mədəni inteqrasiya məsələlərinin müzakirə olunduğu mühüm tarixi hadisə kimi qiymətləndiriblər.
Eyni zamanda, Əli bəy Hüseynzadənin türk xalqlarının milli mənlik şüurunun inkişafında mühüm xidmətlərindən söz açılıb.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi



































