Art
Filarmoniyanın Yay səhnəsində “İncə Sənətlə üz-üzə” konserti keçirildi - Foto
3 iyul tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Yay səhnəsində “İncə Sənətlə üz-üzə” adlı konsert keçirilib.
Publika.az xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Filarmoniyasının konsert mövsümünün təntənəli bağlanışı ilə yanaşı, ənənəvi açıq hava konsertləri mövsümünün rəsmi açılışı kimi də əlamətdar olub. Yay axşamının xüsusi ovqatında baş tutan konsert musiqisevərlərə dünya klassik musiqisinin ən parlaq səhifələrindən seçilmiş əsərlərdən ibarət zəngin proqram təqdim edilib.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri baş dirijor Fuad İbrahimovun rəhbərliyi ilə çıxış edib. Gecənin solisti Xalq artisti Murad Hüseynov olub. Dirijorun, orkestrin və solistin ifası klassik əsərlərin emosional zənginliyini və bədii xüsusiyyətlərini dinləyicilərə dolğun şəkildə çatdırıb.
Proqram çərçivəsində C.Rossininin “Oğru sağsağan” uvertürası, A.Borodinin “Qıpçaq rəqsləri”, E.Qriqin Fortepiano və orkestr üçün a-moll, op.16 konserti, eləcə də C.Gerşvinin “Amerikalı Parisdə” əsəri səsləndirilib. Müxtəlif dövrləri və üslubları əhatə edən repertuar dinləyicilərə klassik musiqinin zəngin ifadə imkanlarını nümayiş etdirib.
Yay səhnəsində keçirilən konsert mövsümün uğurla başa çatmasını simvolizə etməklə yanaşı, Filarmoniyanın açıq hava konsertləri ənənəsinin yeni mövsümünə də uğurlu start verib. Gecənin sonunda səslənən alqışlar musiqisevərlərin proqramı böyük rəğbətlə qarşıladığını göstərib.
-
Ekopublika.az18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI








.jpg)

























.jpg)


