Art
XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi keçirildi - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə keçirilən XV Beynəlxalq İpək Yolu Festivalının təntənəli açılış mərasimi baş tutub.
Publika.az xəbər verir ki, açılış mərasimində dövlət və ictimaiyyət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, konsullar, şəhərin ziyalıları, mədəniyyət və incəsənət xadimləri, eləcə də çoxsaylı şəhər sakinləri və qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Xalq artistləri Firəngiz Əlizadə və Aygün Səmədzadə açaraq festival iştirakçılarını salamlayıblar. Çıxışlarda XV Beynəlxalq İpək Yolu Festivalının müxtəlif xalqların musiqi və mədəniyyətini bir araya gətirən, ölkələr arasında mədəni dialoqu və beynəlxalq əməkdaşlığı təşviq edən nüfuzlu platformalardan biri olduğu vurğulanıb.
Daha sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri, filarmoniyanın solistləri və rəqs kollektivi rəngarəng konsert proqramı ilə çıxış ediblər.
Festivalın beynəlxalq ruhunu əks etdirən proqramda Qırğızıstan Respublikasının Bişkek şəhərində fəaliyyət göstərən “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı milli rəqs nümunələrini təqdim edərək tamaşaçıların böyük rəğbətini qazanıb.
Festival proqramı çərçivəsində Çin Xalq Respublikasını təmsil edən Zhejiang (Cjetszyan) Tədqiqat İnstitutunun Şaocü Opera Sənəti Ansamblı da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Yue operasının əbədi cazibəsi” adlı konsert proqramı ilə çıxış edib.
Konsertdə Çin ənənəvi teatr sənətinin mühüm qollarından olan Şaocü və Yue operalarının özünəməxsus musiqi, vokal və səhnə ifaçılığı ənənələri nümayiş etdirilib. Dünyanın 20-dən çox ölkəsində uğurla çıxış edən kollektivin təqdimatı festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, sürəkli alqışlarla müşayiət olunub.
Zəngin musiqi və rəqs proqramı ilə yadda qalan festivalın ilk günü müxtəlif mədəniyyətlərin sənət ənənələrini eyni səhnədə bir araya gətirərək XV Beynəlxalq İpək Yolu Festivalının beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.
Festival növbəti günlərdə də müxtəlif ölkələrdən gələn musiqi və rəqs kollektivlərinin iştirakı ilə konsertlər, yaradıcılıq proqramları və mədəni tədbirlərlə davam edəcək.
-
Kriminal20:24Gürcüstanda Fatimə Kərimovanı qətlə yetirən şəxs Türkiyədə SAXLANILDI
-
Magazin220:12Ece İrtemin müəmmalı ölümü - İlkin səbəb açıqlandı
-
Hadisə19:24Ağdamda su anbarında övladları ilə birlikdə batan polis şəhid övladı imiş
-
Magazin219:00Cırıq və çirkli cins şalvarda reklam üçün poza verdi - FOTO/VİDEO
-
Yaxın Şərq17:56Xamenei dəfnə qatılmaq istəyir, təhlükəsizlik qüvvələri isə "yox!" deyir
-
Hadisə16:56Yasamaldakı dəhşətli partlayışın kamera görüntüləri yayıldı - VİDEO
-
Hadisə16:48Ağdamda faciə - Ata və azyaşlı övladı su anbarında batdı
-
İKT15:23Kalinin öldü - Rusiyanın əsas İT biznesmenlərindən idi






.jpg)



.jpg)




















.jpg)





