Art
XV Beynəlxalq İpək Yolu Musiqi Festivalı təntənəli bağlanış konserti ilə yekunlaşdı
Gəncə Dövlət Filarmoniyasında XV Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib. Konsert proqramında Dövlət Filarmoniyasının solistləri, Rəqs Ansamblı, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, eləcə də Qırğızıstanın “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı ,Qaqauz mügənnisi Natali Deniz çıxış ediblər.
Publika.az xəbər verir ki, gecədə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərdən ibarət rəngarəng proqram Estrada ansamblı(bədii rəhbəri Şəhriyar Tağıyev) rəqs kollektivi (baletmeysteri Sənan Cavadov) iştirakı ilə təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Genel sədr müavini Sait Yusuf tərəfindən festival iştirakçılarına və Gəncə Icra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi














































