Art
Məşhur azərbaycanlı sənətşünas vəfat etdi
Məşhur azərbaycanlı sənətşünas və Sankt-Peterburq Yazıçılar İttifaqının üzvü İrada Berq 53 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə şəhərin Mədəniyyət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"İrada Tofiq qızı Berq (Vovnenko) vəfat edib. Onun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Xatirəsi həmkarlarının, dostlarının və yaradıcılığına toxunan hər kəsin qəlbində yaşayacaq", - deyə məlumatda bildirilib.
İrada Berqin ölüm səbəbi və vida mərasimi ilə bağlı hələlik məlumat açıqlanmayıb.
İrada Berq 5 yanvar 1973-cü ildə Sankt-Peterburqda memar və riyaziyyatçı Tofiq Həsənovun ailəsində anadan olub. Atası Tofiq Həsənov çoxuşaqlı ailədə böyüyüb və valideynlərini erkən yaşlarında itirdikdən sonra uşaq evində tərbiyə alıb. O, Bakı Politexnik İnstitutunu bitirdikdən sonra təhsilini Leninqradda (indiki Sankt-Peterburq) davam etdirib və burada ailə qurub.
İrada Berq 2003-cü ildən "Tsarskoye Selo" muzey-qoruğunun beynəlxalq şöbəsində çalışıb və məşhur "Yantar otağı"nın bərpası layihəsində iştirak edib. Həmin illərdə Yekaterina sarayında xeyriyyə məqsədli uşaq ballarının təşkilatçısı olub.
O, 2006-cı ildə uşaqlar üçün "Sehrli kaleydoskop. Petkanın tarix ölkəsinə səyahəti" adlı ilk kitabını nəşr etdirib.
2009-cu ildən İsaak kilsəsinin fəaliyyətində fəal iştirak edən İrada Berq, 2013-cü ildən "İsaak kilsəsi" muzey-kompleksinin xarici əlaqələr və mədəni layihələr şöbəsinə rəhbərlik edib. 2015-ci ildən isə sərgi və beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri, daha sonra direktor vəzifəsini icra edən şəxs kimi fəaliyyət göstərib.
-
Magazin200:45Tarkanın yeni imici: 15 yaş gəncləşdi
-
Hadisə00:20SOCAR-ın yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirildi - Foto
-
Dünya5 İyul 21:00Vulkana görə uçuşlar dayandırıldı
-
Region5 İyul 19:26Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
-
İdman5 İyul 18:36“Qarabağ” onu transfer etdi
-
MDB5 İyul 17:38Bir həftədə Ukraynaya 160 raket atıldı
-
Maraq dünyası5 İyul 17:04Van Dammın heykəli Vəndama qayıtdı - FOTO
-
MDB5 İyul 16:20Bir günə 1290 hərbçi itirdilər









.jpg)





















.jpg)





