Art
Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO
”Baku“ TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub.
Publika.az xəbər verir ki, verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlardan biri Məhəbbət Kazımovun ifa etdiyi "Təkcə mənim olaydın" mahnısı ilə bağlı olub. Şair Zahir Abbas bildirib ki, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb:
"Görüş zamanı həmin şəxs mahnının sözlərinin əsl müəllifi olduğunu iddia etdi. O bildirdi ki, sözləri sevdiyi bir qıza həsr edib, lakin həmin qızın yalanı ucbatından bir gənci öldürüb. Dedi ki, hər gün Allahdan günahlarının bağışlanmasını diləyir və həmin gəncin ruhuna rəhmət oxuyur. Məhəbbət Kazımovdan xahiş və tələb etdi ki, bu mahnını bir daha ifa etməsin. Məhəbbət Kazımov isə sözlərin müəllifinin mahnının ifasına razılıq vermədiyini nəzərə alaraq onun tələbini qəbul edib".
Şairin sözlərinə görə, sənətkar Rusiyadan qayıtdıqdan sonra "Təkcə mənim olaydın" mahnısını efirlərdə səsləndirməyib və onun təbliği ilə məşğul olmayıb. Məhəbbət Kazımov sağlığında bu hadisənin ictimailəşdirilməsini istəməyib.
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb








.jpg)

























.jpg)


