Art
Şuşada Xaqaniyə həsr olunan elmi konfrans keçirildi - FOTO
Vaqif Poeziya Günləri çərçivəsində iyulun 17-də Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin (1126-1199) 900 illik yubileyinə həsr olunan “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans keçirilib.
Publika.az xəbər verir ki, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi çıxış edərək konfrans barədə məlumat verib.
Bildirilib ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və AYB-nin birgə təşkilatçılığı ilə keçirilir. Diqqətə çatdırılıb ki, Qarabağ işğaldan azad olunduqdan sonra poeziya bayramı yenidən öz doğma məkanına qayıdıb. Builki proqram müxtəlif mövzuları əhatə edən maraqlı tədbirlərlə zəngindir. Vaqif Poeziya Günləri çərçivəsində bu il yubileyləri qeyd olunan görkəmli söz və sənət adamlarının xatirəsinə həsr edilən silsilə tədbirlər təşkil olunur.
Konfransda AMEA-nın əməkdaşları Xaqani Şirvaninin zəngin ədəbi irsi və Şərq poeziyasına bəxş etdiyi dəyərli incilər barədə məruzələrlə çıxış ediblər.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
















.jpg)















