Art
Tanınmış yazıçıda ağır xəstəlik aşkarlandı
Tanınmış yazıçı, əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Firuz Mustafada xərçəng xəstəliyi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat yayıb.
O, “qorxulu səfərdən” qayıtdığını bildirib:
“Adətən, dostlarla nikbin ruhlu düşüncələrimi paylaşıram. Amma təəssüf ki, dünyamız və eləcə də şəxsi həyatımız təkcə yüksək ovqat üstə köklənməyib…
Son beş ildə dörd ciddi əməliyyat keçirmişəm. Bunu yalnız yaxın çevrəmdəki adamlar bilir.
Bu yaxınlarda səhhətimlə bağlı hospitala etdiym müraciət mənim az qala dünyamı dəyişdi. Uzun-uzadı analizlərdən sonra mədə-bağırsaqda onkoloji problem aşkarlandı. Təcili əməliyyat təklif olundu.
Qısa yazıram. Artıq əməliyyat arxada qalıb. Orqanizmimdə, dağılmış kənd və şəhərlərimizdə olduğu kimi, ciddi bərpa işləri gedir.
Əvvəla, onu deyim ki, hospitaldan və həkimdən bir narazılığım olmasa da, bu tipli əməliyyatların hədsiz baha başa gəldiyini mütləq vurğulamalıyam. Qohum-əqrəba dəstəyi olmasa, taleyin ümidinə qalmalısan.
İkincisi, ölkəmiz xərçəng xəstələrinin sayına görə beynəlxalq statistikada ilk iyirmilikdədir. Bu, statistikadan çox, faciədir.
Üçüncüsü, xərçəng xəstələrinə göstərilən diqqət heç də qənaətbəxş deyildir.
Dördüncüsü, bu xəstəliyin öz adı kimi mahiyyətinin də belə geniş şaxələnməsinin, yayılmasının elmi əsasları hələ dəqiq müəyyənləşdirilməmişdir ki, bu da istər-istəməz həyəcan təbili çalmağa əsas verir…
…Əməliyyata gedəndə yaxınlar adətən xəstəyə, “qorxma, hər şey yaxşı olacaq” deyirlər. Ta qorxudan keçib. Filosof yaxşı bilir ki, insan doğulur, yaşayır və ölür. Hələlik insanın bu “üçbucaqdan” kənara çıxmaq imkanı yoxdur.
Bəli, qorxulu səfərdən – xəstəlikdən qayıtdım.
Belə kritik anlarda insanı çulğayan qarmaqarışıq düşüncə axarını bir istiqamətə yönəltmək çətin olsa da, qərara aldım ki, tünd rəngləri işığa çıxarım, yəni tuş gəldiyim pislikləri də unudum.
Çalışın xəstələnməyin.
Hamıya sağlamlıq arzulayıram”.
-
Rəsmi xronika17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb








.jpg)

























.jpg)


