Art
Arif Hüseynov sədrlikdən gedir
Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.
Publika.az müraciətin mətnini təqdim edir:
"Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə
Hörmətli həmyaşıdlar!
Sizə bildirmək istəyirəm ki, Azərbaycan Rəssamlar İttifaqının ali maraqlarını hər zaman nəzərə alaraq yüksək tutmuşam. 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərirəm.
Bu illər ərzində Azərbaycan təsviri sənətinin inkişafı, milli rəssamlıq ənənələrinin qorunması və yeni nəsil sənətkarların yetişməsi naminə bütün bilik və təcrübəmi səfərbər etməyə çalışmışam. Mənə göstərilən etimadı hər zaman böyük məsuliyyət hesab etmişəm.
Hazırda ömrümün 83-cü ilini yaşayıram. Yaşımı, sağlamlıq vəziyyətimi və qarşıda həyata keçirmək istədiyim yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsindən ayrılmaq qərarına gəlmişəm.
Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bur üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

















.jpg)















