Art
İnkişafyönümlü təlimlər əyani şəkildə davam etdirilir - FOTOLAR
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən incəsənət məktəb və mərkəzləri müəllimlərinin attestasiya nəticələrinə əsasən təşkil olunan, 450-dən çox müəllimi əhatə edən inkişafyönümlü təlimlər çərçivəsində tar, kamança və qarmon ixtisasları üzrə əyani dərslərə başlanılıb.
Mərkəzdən Publika.az-a bildirilib ki, təlimlər attestasiya zamanı komissiya üzvlərinin səsverməsi nəticəsində kiçik səs çoxluğu ilə (2 lehinə, 3 əleyhinə səslə) tutduğu vəzifəyə uyğun hesab edilməyən təhsilverənlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, cari ilin iyun ayından distant formatda başlayan təlimlər əyani şəkildə iyulun 9-dan 17-dək Qarabağ, Gəncə-Daşkəsən və Mərkəzi-Aran regionları üzrə keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin dəstəyi ilə təşkil edilən dərslərin əsas məqsədi təhsilverənlərin praktik hazırlığını gücləndirmək, nəzəri biliklərini təkmilləşdirmək və onların növbəti işə qəbul üzrə müsabiqəyə daha hazırlıqlı şəkildə qatılmalarına dəstək verməkdir.
Təlim proqramı çərçivəsində əyani dərslərin sahə üzrə təcrübəli mütəxəssislər tərəfindən aparılması iştirakçıların ifaçılıq bacarıqlarının inkişafına və tədrisin keyfiyyətinə müsbət təsir göstərib.
Təlimlərin davamı olaraq fortepiano ixtisası üzrə bu kateqoriyadan olan təhsilverənlər üçün iyulun 23-dən inkişafyönümlü əyani dərslərin təşkili nəzərdə tutulub.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
















.jpg)















