Art
Zəngi tayfalarının tarixi irsinə həsr olunan film təqdim edildi - FOTO
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin MyQrant layihəsinin dəstəyi ilə “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən hazırlanmış “Zəngilər” adlı qısametrajlı film və eyniadlı kitabın təqdimatı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, jurnalistlər və elm xadimləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, jurnalist Aida Eyvazlı Göytürk “Azərbaycan mədəniyyətində Zəngi tayfalarından qalmış ənənələr və yurdlar” layihəsinin əsas məqsədindən danışıb. O bildirib ki, Zəngi tayfalarının tarixi irsinin öyrənilməsi, yeni elmi məlumatların ictimaiyyətə təqdim olunması və bu istiqamətdə araşdırmaların təşviq edilməsi hər bir elm xadiminin vəzifəsidir. Onun sözlərinə görə, bu istiqamətdə maarifləndirmə işlərinə məktəblərdən başlanmalıdır.
Gənclər və tələbələr üçün nəzərdə tutulan “Zəngilər” kitabında və eyniadlı filmdə Zəngi tayfalarının tarixi ilə bağlı geniş məlumatlar yer alıb. Nəşrdə və filmdə türkoloq professor Firudin Cəlilov, AMEA-nın baş elmi işçisi Zaur Əliyev, Səmərqənd Dövlət Universitetinin dekanı Hazratkul Abroyev, araşdırmaçı jurnalist Hokim Sattori və misirli tədqiqatçı Əhməd Tarabikin araşdırmalarına istinad olunaraq Zəngi tayfalarının tarixi, mədəni irsi və türk dünyasındakı rolu haqqında ətraflı məlumat verilib.
“Zəngilər” qısametrajlı filminin müsahibi olan AMEA-nın baş elmi işçisi Zaur Əliyev qeyd edib ki, Azərbaycanın yeni təqdim olunan kitab və film bu gün Zəngəzur tarixinə və Azərbaycan tarixinin qaranlıq səhifələrinə işıq salır. Bu bir başlanğıcdır. Belə araşdırmalar gənc alimlər tərəfindən də davam etdirilməlidir.
Kitabın redaktoru Vəli Əkbər, tərtibatçıları isə layihə rəhbəri Aida Eyvazlı Göytürk və Ülkər Eyvazovadır. Qısametrajlı filmin quruluşçu rejissoru Vüsal Orucovdur.
Tədbirin keçirilməsində məqsəd qədim köklərimiz və tariximizi, Zəngəzur bölgəsindən çıxan qəhrəmanların izlərini onlara xatırlatmaqdır.
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

















.jpg)















