Art
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun mühüm tədbirində iştirak etdi
Türk Mədəniyyəti və İrsi Fondu ICESCO-nun Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatında iştirak edib.
Publika.az xəbər verir ki, 27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil olunan “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji Proqnozlaşdırma Bələdçisinin təqdimatı və təkmilləşdirilməsi” mövzusunda beynəlxalq tədbir öz işinə başlayıb.
Tədbirin rəsmi açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova ICESCO rəhbərliyinə və Bakı Regional Ofisinə belə mühüm təşəbbüsün təşkilinə görə təşəkkürünü bildirib. O qeyd edib ki, müasir dövrdə sürətli texnoloji inkişaf, ekoloji çağırışlar və qlobal dəyişikliklər dövlətlər və beynəlxalq təşkilatlar üçün strateji baxışın və uzunmüddətli planlaşdırmanın əhəmiyyətini daha da artırır. Bu baxımdan təqdim olunan Strateji Proqnozlaşdırma Bələdçisi gələcəyə davamlı və dayanıqlı yanaşmanın formalaşdırılmasına mühüm töhfə verəcək.
Rəsmi açılış mərasimində eləcə də ICESCO-nun Baş direktoru Dr. Salim AlMalik (onlayn), ICESCO-nun Bakı Regional Ofisinin direktoru Dr. Abdulhakeem Alsenan, “Policy Center for the New South” təşkilatının baş eksperti Dr. Nouzha Chekrouni, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Şöbəsinin rəhbəri Anar Kərimov və ICESCO-nun Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Dr. Kais Hammami çıxış ediblər.
Tədbirdə həmçinin Strateji Proqnozlaşdırma Bələdçisinin rəsmi təqdimatı keçirilib.
Tədbir işini yüksək səviyyəli dəyirmi masa, strateji bələdçinin tənzimlənməsi üzrə sessiyalar və praktiki seminar-məşğələlərlə davam edəcək.
-
Rəsmi xronika16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO








.jpg)



























.jpg)


