Art
"44" bədii filmi üzərində iş yekunlaşdı - FOTO
"44" bədii filmi üzərində iş yekunlaşıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, filmin ərsəyə gəlməsində iştirak edən peşəkar yaradıcı heyət, çəkiliş qrupu, aktyorlar və müxtəlif sahələr üzrə çoxsaylı mütəxəssislərlə birlikdə böyük bir yol qət edilib.
"Səbirlərinə, fədakarlıqlarına, həmrəyliklərinə və ümumi işə verdikləri töhfəyə görə onlara minnətdaram! Həmçinin bu müddət ərzində bizi xoş sözlərlə dəstəkləyən hər kəsə təşəkkürümüzü bildirmək istərdik, çünki layihə məsuliyyətli idi və onun həyata keçirilməsi heç də asan olmadı. Filmlə bağlı detalları və daha ətraflı məlumatı premyeraya yaxın bölüşəcəyik", - A.Ələkbərov paylaşımında bildirib.
Həmçinin diqqətə çatdırılıb ki, ekran işinin premyerası bu ilin payızında nəzərdə tutulub.
Xatırladaq ki, film bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır. Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir.
"44" sadəcə müharibə haqqında film deyil. Bu film qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekəyəsidir.
"44" Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































