Art
Mədəniyyət naziri Xalq artistini evində ziyarət etdi
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli iyulun 30-da görkəmli bəstəkar, pedaqoq, “Şöhrət”, “Şərəf” və 1-ci dərəcəli “Əmək” ordenləri laureatrı, Xalq artisti Tofiq Bakıxanovu evində ziyarət edib.
Publika.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Bəstəkarın səhhəti ilə maraqlanan nazir ona xoş arzularını çatdırıb. Qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə mədəniyyətin, ədəbiyyatın inkişafında xidmətləri olan şəxslərin fəaliyyətini daim diqqətdə saxlayır, öz qayğılarını əsirgəmirlər. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu ənənə yaradıcı insanlar üçün böyük stimuldur.
Tofiq Bakıxanovun bənzərsiz yaradıcılığı ilə musiqi mədəniyyətimizi zənginləşdirdiyini deyən Adil Kərimli onun bu sahədə xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edib.
Xalq artisti Tofiq Bakıxanov yaradıcılığına göstərilən xüsusi diqqətə görə ölkə başçısına təşəkkürünü bildirib.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































