Art
İlk dəfə Qəbələ Festivalında Azərbaycan kinolarından musiqilər səsləndirildi
Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və "Gilan"nın dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfə Azərbaycan və dünya kinofimlərindən musiqilər səsləndirilib.
Publika.az xəbər verir ki, Mustafa Mehmandarovun bədii rəhbərliyi və baş dirijorluğu ilə "Scorrendo" Orkestrinin müşayəti ilə həyata keçirilən bu layihə tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Gecədə solistlər – skripka ifaçısı Səid Məmmədov və soprano Natella Quliyeva çıxış ediblər.
Konsert proqramında Tofiq Quliyevin "Görüş", Arif Məlikovun "Axırıncı aşırım", Xəyyam Mirzəzadənin "Yeddi oğul istərəm", Fikrət Əmirovun "Böyük dayaq" filmlərinə bəstələdikləri musiqilərlə yanaşı, Con Uilyams, Hans Zimmer, Ennio Morrikone, Ramin Cavadı, Nino Rota və Bill Konti kimi dünya şöhrətli bəstəkarların "Ulduz müharibələri", "Harri Potter", "İnterstellar", "Qeyri-mümkün tapşırıq", "İndiana Cons", "Peşəkar", "Matrisa", "Karib dənizinin quldurları", "Xaç atası" və "Rokki" filmlərindən məşhur musiqi əsərləri səsləndirilib.
Müxtəlif nəsillərin sevdikləri ekran əsərlərinin yaddaqalan musiqilərinin canlı ifası amfiteatrda xüsusi ab-hava yaradıb.
Qeyd edək ki, XV Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla davam edir. Bu festivalın təşkili rayonda, ilk növbədə, turizmin canlanmasına səbəb olub. Festivalın keçirildiyi konsert salonları və açıq hava amfiteatrının tam dolması, yerli sakinlərlə yanaşı, çox sayda xarici qonaqların da tamaşaçılar sırasında yer almaları müşahidə edilir. Beynəlxalq festivalın keçirilməsinin əsas məqsədlərindən biri də Qəbələni mədəniyyətlərarası dialoqun mühüm platformasına çevrilməkdir.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

































