Art
Məşhur türk aktrisası “44” filminin baş rolunda - Foto
Vətən müharibəsindəki tarixi Zəfərimizdən bəhs edən “44” bədii filminin tezliklə premyerası olacaq.
Publika.az xəbər verir ki, artıq treyleri ictimaiyyətə təqdim edilən filmdə bir sıra tanınmış azərbaycanlı aktyorlarla yanaşı, türkiyəli aktrisa Özge Gürel də rol alıb.
1987-ci il doğumlu Özge Gürel Türkiyənin tanınmış aktrisalarındandır. Özge Gürel karyerasına 2010-cu ildə “Kızım nerede?” (“Qızım haradadı?”) serialı ilə başlayıb və bu günədək “Kiraz Mevsimi” (“Gilas mövsümü”), “Dolunay”, “Bay Yanlış” (“Cənab Səhv”) kimi məşhur seriallardakı baş rolları ilə şöhrət qazanıb.
“Kar Kırmızı” filmindəki roluna görə Türkiyədə 57-ci Qızıl Portağal Film Festivalında “Ən yaxşı qadın oyunçu” kateqoriyasının nominantı olub. 2015-ci ildə “İlin ən yaxşı komediya aktrisası”, “Ən yaxşı nailiyyət əldə edən aktrisa” nominasiyalarında mükafatlara layiq görülüb.
Özge rol aldığı seriallarla Türkiyənin ən populyar televiziya simalarından biri olub, o cümlədən xaricdə də sevilən auditoriyaya sahibdir. Onun rol aldığı “Kiraz Mevsimi” serialı İtaliyanın məşhur “Canale 5” televiziya kanalında yayımlanıb və bu, İtaliyada nümayiş olunan ilk türk filmi olub. Bunun ardından Özge 2025-ci ildə İtaliyada keçirilən “Italian Global Series Festival”da “Beynəlxalq Ulduz” mükafatına layiq görülüb.
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı


































