Art
Nazir müavini: "Çingiz Əlioğlu yarım əsrdən çox Azərbaycan ədəbiyyatına xidmət edib" - YENİLƏNDİ
"Çingiz Əlioğlu yarım əsrdən çox Azərbaycan ədəbiyyatına xidmət edib".
Publika.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov şair Çingiz Əlioğlu ilə vida mərasimində deyib.
O bildirib ki, şairin yaradıcılığı bundan sonra da ciddi araşdırma və ilham mənbəyi olacaq:
“Çingiz Əlioğlu Azərbaycanda nəşriyyat sisteminin formalaşmasında da böyük əmək sərf edib. İstər bu səpkidə, istərsə də ədəbi xidmətləri baxımından Çingiz Əlioğlunun fəaliyyəti dövlətimiz tərəfindən qiymətləndirilib”.
Fərid Cəfərov sonda Azərbaycan ictimaiyyətinə Mədəniyyət Nazirliyi adından başsağlığı verib.

xxx
"Bu ilin avqust ayında ədəbiyyatımızda ağır itkilər oldu".
Publika.az xəbər verir ki, bunu AYB sədri Anar Əməkdar şair Çingiz Əlioğlu ilə vida mərasimində deyib.
O bildirib ki, Çingiz Əlioğlu Azərbaycan ədəbiyyatının ən istedadlı, ən parlaq nümayəndələrindən biri idi.
"O sədaqətli dost və sədaqətli insan idi. Bizim çox yaxşı münasibətimiz, dostluğumuz olub. Son aylarda səhhəti qaydasında deyildi. Amma düşünürdüm ki, keçəcək, keçmədi", - Anar vurğulayıb.
O, şairə Allahdan rəhmət diləyib, yaxınlarına başsağlığı verib.

xxx
Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu ilə vida mərasimi başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.
Mərasimdə mərhum şairin ailə üzvləri, Mədəniyyət Nazirliyinin təmsilçiləri, ədəbi-mədəni ictimaiyyət iştirak edirlər.
Avqustun 9-da dünyasını dəyişən şair Qurd qapısı qəbiristanlığında dəfn oluncaq.
Qeyd edək ki, Çingiz Əli oğlu Əliyev 1944-cü il iyunun 29-da Füzulidə anadan olub. Əmək fəaliyyəti dövründə "Gənclik" və Azərbaycan Dövlət nəşriyyatlarında baş redaktor, Mətbuat və İnformasiya Nazirliyində idarə rəisi vəzifələrində çalışıb. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Onun əsərləri bir çox xarici dillərə tərcümə olunub. Mədəniyyətin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə "Əməkdar mədəniyyət işçisi", 2005-ci ildə isə "Əməkdar incəsənət xadimi" fəxri adlarına layiq görülüb, eləcə də Belarusun "Fransisk Skorina" medalı ilə təltif edilib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj









.jpg)
.jpg)
.jpg)




























