Art
Xalq artistinin Fəxri Xiyabanda anım mərasimi baş tutdu
Bu gün dünya şöhrətli müğənni, Xalq artisti Müslüm Maqomayevin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda anım mərasimi baş tutub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, mərasimdə Xalq artistinin həyat yoldaşı, yaxınları və rəsmi şəxslər iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Müslüm Maqomayevin dahi sənətkar olduğunu vurğulayıb:
"Onun yaradıcılığı həm Azərbaycan, həm də dünya musiqi irsinin bir parçasıdır. Mahnıları bu gün sevilə-sevilə dinlənilir. İnanırıq ki, Müslüm Maqomayev irsi daim var olacaq, əbədi yaşayacaq. Onun musiqisi həmişə qəlbimizi riqqətə gətirəcək".
Azərbaycanın Xalq rəssamı, heykəltaraş Ömər Eldarov çıxışında Müslüm Maqomayevin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. O bildirib ki, Müslüm Maqomayevin xatirəsinə ucaldılmış abidənin heykəltaraşı olduğu üçün özünü xoşbəxt hiss edir.
Vurğulayıb ki, Müslüm Maqomayevi yaxından gördüyü üçün özünü xoşbəxt sanır: "Fəxr edirik ki, Azərbaycan dünyaya Müslüm Maqomayev kimi sənətkar bəxş edib".
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov da Müslüm Maqomayevi şəxsən tanımasından qürur hissi ilə söz açıb:
"Fəxr edirik ki, Azərbaycan musqisinin Müslüm Maqomayevi var. O, həmişə bizimlədir".
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj










































