Art
Bir çox mahnı onunla görüşümüzə həsr olunub - Müslüm Maqomayevin həyat yoldaşı
Tamara Sinyavskaya üçün Bakıya hər gəliş Müslüm Maqomayevin varlığını hiss etməsi ilə ayrılmaz şəkildə bağlıdır. SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından təxminən 18 il keçməsinə baxmayaraq, o, müğənnini hələ də yanında olan bir insan kimi qəbul edir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya jurnalistlərlə söhbətində Bakıya hər dəfə xüsusi hisslərlə gəldiyini söyləyib.
Müslüm Maqomayevin yaradıcılıq irsindən danışan Tamara Sinyavskaya onun bir çox mahnısının onların münasibətləri ilə bağlı olduğunu qeyd edib.
“Bir çox mahnı Müslümlə görüşümüzə həsr olunub. Onlardan ən əhəmiyyətlisi Aleksandra Paxmutova və Nikolay Dobronravov tərəfindən xüsusi olaraq yazılmışdı (Söhbət “Sən mənim melodiyamsan” əsərindən gedir – red.). Onlar bu mahnını ona görə yazmışdılar ki, münasibətlərimizi müşahidə edir və bir növ onları şərh edirdilər, yəni bunu musiqi və şeirlə ifadə edirdilər”, – deyə o bildirib.
Tamara Sinyavskaya vurğulayıb ki, insanın xatirəsi yalnız yaddaşlarda deyil, onu sevən insanların gündəlik həyatında da yaşamaqda davam edə bilər.
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...








.jpg)



























.jpg)


