Art
Xalq artisti Niyazinin məzarı ziyarət edildi
Bu gün görkəmli dirijor, dünya şöhrətli bəstəkar, Xalq artisti, maestro Niyazinin doğum günü münasibətilə məzarı ziyarət edilib.
Publika.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, musiqi ictimaiyyətinin nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.
Ziyarət zamanı Niyazinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətlərindən, zəngin yaradıcılıq irsindən və milli musiqi sənətinin dünyada tanıdılmasında rolundan danışılıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında bildirib ki, Niyazinin parlaq siması hamının xatirəsindədir:
"Mən onu ilk dəfə görəndə təəccüblənmişdim ki, bu qədər zəhmli, enerjili bir insan kiçik bir bədənə yerləşib. O, bəstəboy idi, amma enerjisi ilə hər kəsin diqqətini özünə çəkirdi".
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bildirib ki, Niyazi 40 ildən çoxdur bizdən ayrılıb, amma onun yaradıcılığı unudulmayıb, Niyazi irsi Azərbaycan musiqi mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılıb:
"Niyazi təkrarolunmaz, misilsiz dirijor və bəstəkar idi. Buna görə ən böyük mükafatlara layiq görüldü. Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Cavan istedadları nəinki tapırdı, onları hiss edə bilirdi. Həmin şəxslər də sonradan böyük musiqiçiyə, tanınmış şəxsə çevirilirdilər".
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































