Art
“İkinci həyat” sərgisi – Laçın Şəhəri Gününün ilk tədbiri
26 avqust – Laçın Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə şəhərdə silsilə tədbirlər keçiriləcək.
Publika.az xəbər verir ki, Laçın Şəhəri Günü çərçivəsində ilk olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Arts Council Azerbaijan” incəsənət platforması tərəfindən “İkinci həyat” adlı sərgi açılıb.
Sərginin əsas konsepsiyası köhnə, zədələnmiş və istifadəyə yarasız xalçaların, xüsusilə də Qarabağ xalçalarının rəngkarlıq vasitəsilə yeni sənət əsərlərinə çevrilməsi təşəbbüsündən ibarətdir.
Peşəkar rəssamlar tərəfindən xalçalar üzərində yaradılan bu əsərlər toxuculuq sənətini müasir bədii baxışla özündə birləşdirir. Yaradılan sənət nümunələri Qarabağ, folklor, musiqi, analıq, eləcə də miqrasiya kimi mövzuları əhatə edir.
Layihənin əsas hədəfləri mədəni irsimizin canlandırılması, Azərbaycan təsviri sənətinin təbliği və ictimaiyyətdə ekoloji məlumatlılığın artırılmasıdır.
Sərgi xalçaların təkrar istifadəsinin təşviqi ilə yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin müvafiq istiqamətlərinə («Dayanıqlı şəhərlər və icmalar», «Məsuliyyətli istehlak və istehsal», «İqlim üzrə fəaliyyət» istiqamətləri) də xidmət edir.
Nümayiş olunan əsərlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































