Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi başa çatdı - YENİLƏNDİ
Bizi izləyin

Art

Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi başa çatdı - YENİLƏNDİ

Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi başa çatdı - YENİLƏNDİ

Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində vida mərasimi başa çatıb.

Publika.az xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televiziya əməkdaşları, ictimai şəxslər və nərhumun yaxınları ştirak ediblər.

Qeyd edək ki, Züleyxa Hacıyeva Yasamal qəbiristanlığında dəfn ediləcək. O, ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.

xxx

Əməkdar artist Züleyxa Hacıyeva ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Publika.az xəbər verir ki, vida mərasimində "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, televizya əməkdaşları, bir çox ictimai şəxslər və mərhumun yaxınları ştirak edirlər.

Qeyd edək ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.

xxx

Əməkdar artist Züleyxa Hacıyeva ilə bu gün saat 12:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Publika.az xəbər verir ki, Züleyxa Hacıyeva ötən gün axşam saatlarında 103 yaşında vəfat edib.

Qeyd edək ki, Züleyxa Hacıyeva XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. O, idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.

Əməkdar artist 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin - “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm